Hüquqi şəxslərin elektron imza sertifikatları sifarişi üçün "E-ərizə" xidməti      


Hörmətli istifadəçilər!

Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət e-xidməti elektron imza sertifikatları alan zaman vaxtınızdan səmərəli istifadə etmək, yarana biləcək növbələrdə vaxt itirməmək və rahatlığınız məqsədilə Qeydiyyat Mərkəzlərinə getmədən birbaşa internet üzərindən müraciət edə bilməniz üçün nəzərdə tutulmuşdur.

Bu xidmətdən yalnız hüquqi şəxslər yararlana bilər.

"E-ərizə ilə müraciət" xidməti vasitəsilə sifariş etdiyiniz elektron imza sertifikatı hazır olduqda, məhsul poçt rabitə vasitəsi ilə sizə təhvil veriləcək. Elektron imza kartını təhvil alan şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməsi vacibdir.

E-müraciət üçün müqavilə şərtləti ilə tanış olun:

İstifadəçi üçün təlimat

QEYD: E-ərizəni doldurmazdan əvvəl E-ərizə üçün müqavilə şərtləri və İstifadəçi üçün təlimatla tanış olmağınız vacibdir. Nəzərinizə çatdırırıq ki, elektron ərizədə göstərdiyiniz məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən məsuliyyət daşıyırsınız.

Hüquqi şəxlər üçün E-imza sertifikatının qiyməti 72 AZN, istifadə müddəti 3 ildir.


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün E-imza sertifikatının qiyməti 36 AZN, istifadə müddəti 3 ildir.


Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün kart oxuyucu qurğusunun qiyməti 15 AZN-dir.

Kart oxuyucusu qurğusu olmadan e-imza kartından istifadə etmək mümkün deyil.
Kart oxuyucu qurğusunu E-imza sertifikatı ilə birlikdə onlayn sifariş edə bilərsiz.

DİQQƏT!

Hüquqi şəxslərin elektron imza sertifikatı almaları üçün nəzərdə tutulmuş onlayn elektron ərizə formaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hüquqi təşkilatın (şirkət, firma, ATSC, müəssisə və s.) rəhbəri və ya rəhbərin əmri ilə həvalə edilmiş səlahiyyətli şəxs tərəfindən doldurulur və daxil edilmiş məlumatların düzgünlüyünə cavabdehlik daşıyır."

Təhlükəsizlik kodunu daxil edin:


DAVAM ET




Hal-hazırda saytda 2 istifadəçi var