Vətəndaşların elektron imza sertifikatları sifarişi üçün "E-ərizə" xidməti      


Hörmətli istifadəçilər!

Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət e-xidməti elektron imza sertifikatları alan zaman vaxtınızdan səmərəli istifadə etmək, yarana biləcək növbələrdə vaxt itirməmək və rahatlığınız məqsədilə Qeydiyyat Mərkəzlərinə getmədən birbaşa internet üzərindən müraciət edə bilməniz üçün nəzərdə tutulmuşdur.

Bu xidmətdən yalnız vətəndaşlar yararlana bilər.

"E-ərizə ilə müraciət" xidməti vasitəsilə sifariş etdiyiniz elektron imza sertifikatını yaşadığınız yerə yaxın olan, ərizənizdə göstərdiyiniz "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərində ala bilərsiniz. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün regionlarında mövcuddur.
E-imza sertifikatınızı almaq üçün Qeydiyyat Mərkəzinə getdiyiniz zaman kart təqdim etmə səlahiyyətlisi operatoruna şəxsiyyət vəsiqənizin təqdim olunması vacibdir.

E-müraciət üçün müqavilə şərtləti ilə tanış olun

İstifadəçi üçün təlimat

E-müraciət üçün video təlimat

QEYD: E-ərizəni doldurmazdan əvvəl E-ərizə üçün müqavilə şərtləri və İstifadəçi üçün təlimatla tanış olmağınız vacibdir. Nəzərinizə çatdırırıq ki, elektron ərizədə göstərdiyiniz məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən məsuliyyət daşıyırsınız.

Fiziki şəxlər üçün E-imza sertifikatının qiyməti 18 AZN, istifadə müddəti 3 ildir.


Fiziki şəxlər üçün kart oxuyucu qurğusunun qiyməti 13 AZN-dir.

Kart oxuyucusu qurğusu olmadan e-imza kartından istifadə etmək mümkün deyil.
Kart oxuyucu qurğusunu E-imza sertifikatı ilə birlikdə onlayn sifariş edə bilərsiz.




Təhlükəsizlik kodunu daxil edin:



DAVAM ET


Hal-hazırda saytda 7 istifadəçi var